Qadın güləşçilərimiz 4 medal qazandılar » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Qadın güləşçilərimiz 4 medal qazandılar

Qadın güləşçilərimiz 4 medal qazandılar


Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilib. 53-cü dəfə keçirilən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edib.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, 55 kq çəkinin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Bolqarıstan və İtaliya təmsilçilərini üstələyən təcrübəli Nataliya Sinişin finalda digər təmsilçimiz, Tunis və Almaniya güləşçilərini üstələyən gənc Alyona Kolesnik ilə qarşılaşıb. Maraqla gözlənilən final görüşü təcrübəli Nataliya Sinişinin qələbəsi ilə yekunlaşıb. Nataliya Sinişin qızıl, Alyona Kolesnik isə gümüş medala yiyələnib.

69 kq-da təmsilçilərimiz Nadya Muşka və Elis Manolova ilk görüşdə qarşılaşıb. Görüşdə qalib gələn Nadya Muşka finala yüksəlmək üçün Bolqarıstan təmsilçisini də üstələyib. Finalda İsveç təmsilçisi ilə görüşü uduzan Nadya Muşka gümüş medalla kifayətlənib. Elis Manolova isə, bürünc medal uğrunda Bolqarıstan güləşçisini üstələyib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qadın güləşçilərimiz 4 medal qazandılar



Beləliklə, qadın güləşçilərimiz Avropa Oyunları öncəsi Bolqarıstanda qatıldıqları növbəti sınaq yarışını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *