Azərbaycanın 9 günə qazandığı medallar – REYTİNQ
Avropa Oyunlarında 9 yarış gününün yekununda Azərbaycan 33 medal qazanıb.
Oxu.Az xəbər verir ki, Oleq Stepkonun bugünkü qələbəsindən sonra yığmamız 14 qızıl, 6 gümüş və 13 bürünc medalla 2-ci yeri tutur.
İlk pillədə isə bu gün 2 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmış, ümumilikdə 29 qızıl, 17 gümüş və 13 bürünc medala sahib Rusiya qərarlaşıb.
Bundan başqa, reytinq cədvəlində dəyişiklik də baş verib - Almaniya 8 qızıl, 9 gümüş və 9 bürünc medalla Macarıstanı qabaqlayaraq, 3-cü yerə yüksəlib.
Mənbə:> Oxu.Az