Bakı 2015: Hansı ölkə medal sayına görə irəlidədir?
Bakı-2015 I Avropa Oyunlarının 10-cu gününün sonunda Azərbaycan medalların ümumi sayına görə ikinci yerdədir. ANS PRESS-in məlumatına görə, idmançılarımız bugünədək 14 qızıl, 7 gümüş, 14 bürünc olmaqla 35 medal qazanıblar.
Hələki medalların sayına görə Rusiya siyahıya liderlik etməkdə davam edir. İlk Avropa Oyunlarına böyük heyətlə qatılan rusiyalı idmançılar ötən 10 gün ərzində ümumilikdə 77 medala sahibləniblər. Bunlardan 40-ı qızıl, 23-ü gümüş, 14-ü bürünc əyarlıdır.
Üçüncü pillədə 31 medalla Almaniya qərarlaşıb. Almanların hesabında 10 qızıl, 9 gümüş, 12 bürünc medal var.
Qardaş ölkə Türkiyənin nəticələri bir qədər məyusedicidir. Oyunların ilk günlərində cədvəlin üst pilləsində yer almağı bacaran türklər getdikcə geriləyirlər. Yarışlarda 5 qızıl, 3 gümüş, 15 bürünc medal qazanmış Türkiyə komandası hazırda siyahının 10-cu pilləsindədir.
Mənbə:> ANSPRESS