Bakı-2015: Kim neçə medal qazanıb? – REYTİNQ
Bakıda ilk Avropa Oyunlarının geridə qalmış 13 gününün yekunlarına görə, Azərbaycan medal sayına görə ikincidir.
Oxu.Az xəbər verir ki, idmançılarımız 14 qızıl, 11 gümüş və 15 bürünc medal qazanıblar.
Reytinq cədvəlinə əvvəlki kimi Rusiya başçılıq edir - bu ölkənin idmançıları 51 qızıl, 31 gümüş və 27 bürünc medala yiyələniblər.
Üçüncü yeri Bakıda 13 qızıl, 12 gümüş və 15 bürünc medal qazanmış Almaniya yığması tutur.
Mənbə:> Oxu.Az