Putin və İlham Əliyevin Bakı görüşünün tarixi açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Putin və İlham Əliyevin Bakı görüşünün tarixi açıqlandı

Putin və İlham Əliyevin Bakı görüşünün tarixi açıqlandı


Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti Vladimir Putinin Azərbaycana işçi səfəriylə əlaqədar məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, RF prezidenti 12-13 iyun tarixlərində I Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Azərbaycan Respublikasına səfər edəcək. Yarışlarda 360 Rusiya idmançısı iştirak edəcək. Onlar arasında 7 olimpiya çempionu və 34 dünya çempionu yer alır.

13 iyun tarixində Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar planlaşdırılır. Görüşdə ikitərəfli əlaqələr və aktual beynəlxalq məsələlər müzakirə ediləcək. Bununla yanaşı, səfər çərçivəsində digər ikitərəfli görüşlərin də keçiriləcəyi istisna edilmir.

Rusiya Federasiyası Prezidentinin mətbuat xidmətindən bildirilir ki, Azərbaycan – Cənubi Qafqazda və Xəzər regionunda Rusiyanın əhəmiyyətli strateji partnyorudur. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədə intensivliklə fərqlənir. Ölkələrimizin parlamentləri fəal qarşılıqlı əlaqələr, dinamik Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələri inkişaf edir.

2014-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollard səviyyəsinə çataraq rekord vurub. Bu göstərici 2013-cü il ilə müqayisədə 12 faiz daha çoxdur. 2015-ci ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi 707 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründən 5,8% artıqdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *