Rusiya Avropa Oyunlarının keçirilməsinə namizəd ola bilər
Rusiya gələcəkdə Avropa Oyunlarının keçirilməsinə namizəd ola bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov jurnalistlərə “Bakı-2015” azarkeşlər evinin açılış mərasimində bildirib.
“Bakıda Avropa Oyunları birinci olacaq və mən əminəm ki, onlar başa çatdıqdan sonra bir çox dövlətlər bu oyunlara ev sahibliyi etmək istəyəcəklər. O cümlədən bu oyunların keçirilməsinə Rusiya da namizəd ola bilər”.
Avropa Oyunları iyunun 12-dən 28-nə kimi keçiriləcək. Bakıda 20 idman növü üzrə 253 dəst medal uğrunda mübarizə aparılacaq.
Mənbə:> Oxu.Az