Rahmon Bakıya gəlir
Tacikistan prezidenti Emomali Rahmon bu gün - iyun ayının 12-də Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə liderinin mətbuat xidməti bildirib.
Bu səfərdə prezidenti xarici siyasət üzrə köməkçisi Erkinxon Rahmatullozoda, Tacikistanın futbol federasiyasının prezidenti Rustam Emomali, Gənclər, İdman və Turizm Komitəsinin rəhbəri Milli Olimpiya Komitəsinin baş katibi Baxrullo Racabaliyev və digər rəsmi şəxslər müşayiət edəcəklər.
Birinci Avropa Oyunları Bakıda iyun ayının 12-dən 28-nə kimi keçiriləcək. Oyunların proqramına 20 növ oyun daxil edilib, onlardan 16-sı olimpiya oyunlarıdır.
Oyunlarda 253 dəst mükafat uğrunda mübarizə aparılacaq.
Mənbə:> Oxu.Az