Putin I Avropa oyunlarından danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Dünya

Putin I Avropa oyunlarından danışdı

Putin I Avropa oyunlarından danışdı


Rusiyada bədən tərbiyəsi və idmanın inkişafı üzrə şura iclası keçirilib.

ANS PRESS-in Kremlin rəsmi saytına istinadla verdiyi məlumata görə, iclasda ölkədə idman sahəsi üzrə inkişafı məsələləri, peşəkar idmanın hüquqi nizama salınması, peşəkar idman təşkilatlarının fəaliyyətləri müzakirə edilib.

Rusiya prezidenti Vladimir Putin iclasda çıxış edərək Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığın gedişi haqqında danışıb. RF prezidenti qeyd edib ki, "Bakı 2015" Avropa Oyunlarının proqramında 31 yarış var və bunlardan 11-i Braziliya Olimpiadası və Paralimpiadaya vəsiqə qazanmağa imkan verir.

V.Putin bildirib ki, rus idmançıların beynəlxalq yarışlara hazırlığı yüksək səviyyədə olmalıdır. Rusiya prezidenti 2018-ci ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatı ilə bağlı da danışıb. O qeyd edib ki, çempionatın keçiriləcəyi vaxta qədər infrastruktur tikintisi və Rusiya yığmasının hazırlığı diqqətdə saxlanılmalıdır.

"Hər şeydən əvvəl bütovlükdə futbolun inkişafını nəzərdə tuturam. Xüsusilə Rusiya Federasiyasının regionlarında futbol inkişaf etdirilməldir. Şuranın növbəti iclasını bu mövzuya həsr etməyi məqsədəuyğun hesab edirəm", - prezident V.Putin vurğulayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *