V.Jirinovski: Vladimir Putin və İlham Əliyev... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

V.Jirinovski: Vladimir Putin və İlham Əliyev...

V.Jirinovski: Vladimir Putin və İlham Əliyev...


Rusiyalı siyasətçi Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik edib.

Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir. Hesab edirəm ki, belə də olmalıdır. İki ölkə arasındakı münasibətlərdə heç vaxt əyrilik ola bilməz.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib.
“Rusiya ilə Azərbaycan arasında münaqişəli məsələlər yoxdur. Bütün istiqamətlərdə əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Əminəm ki, bizim prezidentlərimiz Vladimir Putin və İlham Əliyev hər zaman hər şey haqqında razılığa gələcəklər”, - deyə V. Jirinovski qeyd edib.
Azərbaycan xalqını 28 May-Respublika Günü münasibəti ilə təbrik edən tanınmış rusiyalı siyasətçi bildirib ki, Azərbaycan xalqı çox böyük fəxrlə bu bayramı qeyd edir:
“Bu tarix Azərbaycan Demokratik Respublikasının yaradılmasının növbəti ildönümüdür. Mən fürsətdən istifadə edib Azərbaycan xalqını bu əlamətdar hadisə münasibəti ilə təbrik edirəm. Bizim əziz dostlarımız, qonşularımız! Biz sizi tanıyırıq, sevirik və hörmət edirik! Bayramınız mübarək olsun!”.
- See more at: http://turkustan.info/news/6451#sthash.M03essx0.PnfsmLzh.dpuf

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *