Putin İlham Əliyevi Qələbə günü münasibəti ilə təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Putin İlham Əliyevi Qələbə günü münasibəti ilə təbrik etdi

Putin İlham Əliyevi Qələbə günü münasibəti ilə təbrik etdi


Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qazanılan qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Rusiya prezidentinin Azərbaycan prezidenti ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Özbəkistan, Türkmənistan, Moldova, Tacikistan, Qırğızıstan prezidentlərinə də təbrik məktubu göndərdiyi qeyd olunub. V.Putin Ukrayna və Gürcüstan xalqlarını da təbrik edib.

“Rusiya prezidentinin təbrik məktublarında qeyd olunur ki, Qələbə günü müqəddəs bayramdır və o, qanlı döyüşlərdə torpaqlarını qoruyan və dünyanı faşizmdən xilas edən xalqların əbədi qəhrəmanlıq və birlik rəmzi olaraq qalacaq” , — deyə məlumatda vurğulanır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *