Putin İlham Əliyevi təbrik etdi » AzNews.info -Xəbər portalı

Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi


Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi və Azərbaycanın bütün vətəndaşlarını Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə təbrik edib.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:

“Böyük Qələbə amansız düşmənə qarşı çiyin-çiyinə vuruşmuş və dünyanı nasizmdən xilas etmiş xalqlarımızın ümumi, misli-bərabəri olmayan sərvətidir. Bu gün bizim borcumuz həlak olmuş qəhrəmanların xatirəsini göz bəbəyi kimi qorumaq, müharibə veteranlarını qayğı ilə əhatə etmək, keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.

Əminəm ki, Böyük Vətən müharibəsi illərində möhkəmlənmiş qardaşlıq və dostluq Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin ölkələrimizin rifahı, Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə gücləndirilməsi üçün bundan sonra da etibarlı zəmin olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizdən Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi veteranlarına minnətdarlıq dolu ən səmimi sözlərimi, möhkəm cansağlığı və uzun ömür arzularımı çatdırmağı xahiş edirəm”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *