İlham Əliyev həmkarını təbrik etdi
İlham Əliyev Sercio Mattarellanı İtaliya prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.
ANS PRESS-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
”Hörmətli cənab prezident, İtaliya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli mədəni əlaqələrimiz Azərbaycan-Italiya münasibətlərinin səciyyəvi cəhətlərindəndir.
İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Mənbə:> ANSPRESS