İlham Əliyev təbrik məktubu ünvanladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev təbrik məktubu ünvanladı

İlham Əliyev təbrik məktubu ünvanladı


Azərbaycan prezidenti İlham Əliyev qırğız həmkarı Almazbek Atambayev və Qırğızıstan xalqını Böyük Vətən müharibəsində qazanılan Qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib.

AzNews.info Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

İlham Əliyev qeyd edib ki, o ağır müharibə illərində xalqların göstərdiyi misilsiz qəhrəmanlıq, cəsarət, fədakarlıq və yenilməzlik müharibənin şanlı tarixinə həmişəlik daxil olub.

“Əminəm ki, həm ön, həm də arxa cəbhədə sınaqlara tab gətirən xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi bundan sonra da, Azərbaycan və Qırğızıstan arasında hərtərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyətin inkişafı üçün möhkəm təməl olacaq”, — deyə prezidentin təbrik teleqramında bildirilir.

Azərbaycan prezidenti Almazbek Atambayevə, bütün ön və arxa cəbhə veteranlarına, həmçinin qardaş Qırğızıstan xalqına xoşbəxtlik, firavanlıq və uğurlar arzu edib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *