İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev yunanıstanlı həmkarı Prokopis Pavlopulosu bu ölkənin Müstəqillik günü münasibətilə təbrik edib.
Oxu.Az-ın məlumatına görə, İlham Əliyev təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Mənbə:> Oxu.Az