İlham Əliyev iki həmkarını təbrik etdi
Bu gün iyulun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyumu təbrik edib.
Oxu.Az-ın məlumatına görə, təbrikdə deyilir:
“Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
İyulun 25-də dövlət başçısı həmçinin Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifi təbrik məktubu ünvanlayıb.
“Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.
Mənbə:> Oxu.Az