İlham Əliyev meksikalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir: "Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Meksika əlaqələrinin genişlənməsi dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına bundan sonra da töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Mənbə:> ANSPRESS