Mənbə: “Putin NATOsu”na Ohanyan rəhbərlik edəcək
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə Ermənistan hökumətindəki mənbə bildirib.
“Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri postundan azad olunacaq. O, KTMT-nın baş katibi postunu tutacaq”, - deyə mənbə qeyd edib.
Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan dövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını bildirib.
Mənbə:> Oxu.az