Ermənistan müdafiə naziri təcili Moskvaya getdi
Ermənistan müdafiə naziri Seyran Ohanyan Moskvaya səfərə gedib.
AzNews.info axar.az-a istinadən bildirir ki, Ohanyanın rəhbərlik etdiyi erməni nümayəndə heyəti beynəlxalq təhlükəsizliklə bağlı 5-ci Moskva Beynəlxalq Konfransında iştirak edəcək. Tədbir Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunub və aprelin 27-28-də keçiriləcək. 5-ci Moskva Beynəlxalq Konfransında terrorçuluqla mübarizə məsələləri müzakirə olunacaq.
Mənbə:> Axar.az