Müdafiə Nazirliyi: Torpaqlarımız erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq
Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə Azərbaycan Müdafiə Nazirliyi cavab verib.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.
Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həll yolu işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır:
“Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq”.
Mənbə:> Oxu.Az