Müdafiə nazirliyi: Erməni xalqı onlarla tabutun gəlməsini istəmirsə...
“Ermənistan müdafiə naziri Seyran Ohanyanın mayın 25-də parlamentdəki brifinqdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və cəbhədəki vəziyyətə dair səsləndirdiyi fikirlər onun xarakterinə uyğun boş bəyanatlar və vədlər silsiləsindəndir”.
Oxu.Az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər:
“Deyəsən Ermənistanın hərbi-siyasi rəhbərliyi 2014-cü ildə və bu il ərzində cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb. Əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər”.
Müdafiə Nazirliyinin cavabında qeyd olunub ki, əks halda Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında işğalçıya cavab vermək hüququnu özündə saxlamaqla, düşmənin istənilən təxribatının qarşısını daha üstün qüvvə ilə dərhal alacaq və onu məhv edəcək.
Mənbə:> Oxu.Az