Bakıdan Ohanyana cavab
"S.Ohanyan cəbhədəki vəziyyətlə bağlı münaqişəyə hansısa təşkilatların diqqətini çəkmək üçün nə qədər çalışsa da o, bu işin mümkünsüzlüyünü anladığından xalqını autotreninq üsulu ilə sakitləşdirməyə çalışır".
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib.
"Əvvəllər də Ermənistan təxribat əməlləri ilə digər dövlətləri, o cümlədən beynəlxalq təşkilatları özlərinə dəstək olmaları üçün dəfələrlə münaqişəyə cəlb etməyə cəhd göstərib.
S.Ohanyanın bu fikirlərini iltihaba məruz qalan xəstə təxəyyülün növbəti imdad çığırtısı kimi dəyərləndirmək olar. Çünki Azərbaycan Silahlı Qüvvələri isə işğal olunmuş ərazilərin tam və birdəfəlik azad olunması hüququna malikdir".
Mənbə:> ANSPRESS