Müdafiə naziri Zakir Həsənov Moskvaya getdi
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Moskvaya səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Z. Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə beynəlxalq hərbi oyunların bağlanış mərasimində iştirak edəcək.
Rusiya paytaxtı Moskvada iyulun 25-dən 31-dək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Silahlı Qüvvələrinin birinci hərbi-idman oyunları keçiriləcək.
Bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin fiziki hazırlıq idarəsinin rəisi Oleq Bosman bildirib.
O jurnalistlərə deyib ki, MDB dövlətlərinin Müdafiə Nazirləri Şurası ilk dəfə Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubiley mərasimində belə yarışların keçirilməsi haqqında qərar qəbul edib. İndiyədək hərbi-idman oyunlarında iştirak barədə 6 ölkə - Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan, Tacikistan və Rusiya razılıq verib. Gözlənilir ki, yarışlarda təqribən 300 hərbçi iştirak edəcək.
Mənbə:> ANSPRESS