Ohanyan Qarabağdadır
Ermənistanın müdafiə naziri Seyran Ohanyan şənbə günü - dekabrın 19-da işğal edilmiş Dağlıq Qarabağa yola düşüb. Onun səfəri planlaşdırılmamışdı.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, nazirin mətbuat katibi Artsrun Ovannisyanın sözlərinə görə, nazir Azərbaycanın işğal edilmiş ərazilərindəki separatçılar ilə görüşəcək.
Ovannisyan həmçinin keçən gecə cəbhədə vəziyyətin “həddən artıq gərgin” olduğunu bildirib.
Xatırladaq ki, bu gün Berndə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş olacaq.
Mənbə:> Oxu.Az