Almatanın mərkəzində atışma
Almata şəhərinin Almalinsk rayon DİN idarəsinin yaxınlığında atışma nəticəsində iki polis ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Daxili İşlər Nazirliyi ölkədə terror əleyhinə əməliyyatın başladığını elan edib. Sakinlərdən küçəyə çıxmamaq və şübhəli şəxslər haqqında xəbər vermələri xahiş edilib, “Tengrinews” Daxili İşlər Departamentinə istinadən məlumat verir.
Almatada ən yüksək terror təhlükəsi “qırmızı” səviyyə elan edilib. Qeyd edildiyi kimi, buna əsas Almalinsk rayon DİN şöbəsinə və MTK departamentinə hücum olub.
İlkin məlumata görə, xəstəxanaya ən azı beş yaralı gətirilib, “Kazinform” məlumat yayıb.
Mənbə:> Oxu.Az