Məktəb yaxınlığında atışma: 5 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Məktəb yaxınlığında atışma: 5 yaralı

Məktəb yaxınlığında atışma: 5 yaralı


Kanadada silahlı qarşıdurma yaşanıb.

ANS PRESS-in məlumatına görə, Kanadanın Ontario ştatının Toronto şəhərində yerləşən məktəblərədn birnin yaxınlığında iki qrupa arasında atışma baş verib. Cümə axşamı yaşanan hadisə barədə Kanadaının “CTV” telekanalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, biri qadın olmaqla, yaralanan beş nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin kritik olduğu vurğulanır.

Hadisə yerinə gələn polis 4 nəfəri şübhəli qismində saxlayıb. Qolu qandallananlardan biri müqavimət göstərmək istəsə də polis məcbur qalaraq onu yaralayıb, həyati təhlükəsi yoxdur.

Qarşıdurma baş verən ərazidən 4 tapança aşkar edilib. Münaqişənin səbəbləri araşdırılır.

Qeyd edək ki, 2,6 milyon əhalisi olan Toronto - Kanadanın ən böyük meqapolisidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *