Rusiyada terror aktı – VİDEO + YENİLƏNİB
Kamekadzelərin kimliyi müəyyənləşib.
Rusiyanın Stavropol şəhərinin Novoselitski rayon polis idarəsinin qarşısında özlərini partladan üç kişinin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi saytında məlumat verilir.
Saytda yerləşdirilən məlumata əsasən, onlar 1983-cü il təvvəllüdlü Zaur Akayev, Ramazan Xaybulayev (1991) və İsay Abdulatipovdur (1996).
İstintaq müəyyən edib ki, Zaur Akayev əvvəllər Kitayevsk kənd sakinini qətlə yetirdiyi üçün məhkum olunmuşdur.
13:31
Rusiyanın Stavropol diyarında polis idarəsinə hücuma cəhd göstərən üç yaraqlı məhv edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-nin Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatında bildirilir.
“Novoselitsk rayonunun polis şöbəsinə hücuma cəhd göstərən üçüncü yaraqlı məhv edilib. Beləliklə, hücumda iştirak edən cinayətkarların hər üçün zərərsizləşdirilib”, - deyə, məlumatda bildirilir.
13:05
Rusiyanın Stavropol şəhərinin Novoselitski rayon polis idarəsinin qarşısında törədilən terror aktı zamanı heç kim xəsarət almayıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə polis idarəsinin növbətçisi bildirib.
Hücum edənlərin sayı barədə məlumatlar fərqlidir. Bundan əvvəl hadisəni 4 terrorçunun törətdiyi, onlardan 3-nün özünü partlatdığı, birinin isə məhv edildiyi bildirilirdi.
Region polisi isə hücum etmiş 2 şəxs barədə məlumat yayıb – onlardan biri özünü partladıb, digər isə nəzarət-buraxılış məntəqəsində binaya girməyə cəhd göstərərkən zərərsizləşdirilib.
12:42
Üç kamekadze-terrorçu bazar ertəsi Stavropol vilayətinin Daxili işlər şöbəsi binasının qarşısında özlərini partladıblar, nəticələr müəyyənləşdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə güc strukturlarındakı mənbə bildirib.
“İlkin olaraq üç kamekadze Stavropol vilayətinin Novoselisk rayonunun Daxili işlər şöbəsinin binasının yanında özünü partladıb. Terorrçular ölüblər, ümumilkdə beş partlayış olub”, - agentliyin həmsöhbəti bildirib.
Mənbə:> Oxu.Az