Dağıstanda özünü partladan şəxslərdən biri azərbaycanlıdır
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları martın 30-da Dağıstanın Tabasaran rayonunda polisin həlak olduğu partlayış zamanı maşında iki yaraqlının olduğunu müəyyən ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, onlardan biri Azərbaycan vətəndaşı Elçin Hacıyev kimi tanınıb.
Hər iki həlak olan yaraqlı haqqında dəqiq məlumatı DNT təhlilindən sonra vermək mümkün olacaq.
Hazırda partlayıcı qurğunun gücünü təyin etmək mümkün olub. Onun gücü 15-20 kq trotil ekvivalenti təşkil edib.
Xatırladaq ki, Tabasaran rayonunun Sirtıç kəndində mobil polis qrupunun üzvləri Dərbənd istiqamətində şübhəli minik maşınını saxlamağa cəhd ediblər.
Polisin təqibindən yaxa qutarmağın mümkün olmadığını anlayan yaraqlılar partlayıcı qurğunu işə salıblar, nəticədə güclü partlayış baş verib. Bu zaman təqib də iştirak edən polis əməkdaşı da ölümcül yara alıb. Mülki əhali arasında xəsarət alan yoxdur.
Mənbə:> Oxu.Az