Dağıstanda İŞİD yaraqlıları ələ keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Kriminal

Dağıstanda İŞİD yaraqlıları ələ keçdi

Dağıstanda İŞİD yaraqlıları ələ keçdi


Dağıstanda “İslam dövləti” (İŞİD) ilə əlaqədar olan bir qrup yaraqlı saxlanılıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Milli terror əlyehinə mübarizə komitəsi məlumat yayıb.

Nazirliyə Xasavyurt rayonunun Mutsalaul kəndində yerləşən və terror aktlarının həyata keçirilməsinə hazırlaşan bir sıra yaraqlı haqqında məlumat daxil olub.

Əməliyyat qrupu üç yaraqlını saxlayıb, onlar əməllərini etiraf ediblər, eləcə də kəndin kənarında sahibsiz evdə gizli yerin olduğunu bildiriblər. Orada əməliyyatçılar trotil ekvivalentində 5 kq. qədər gücü olan dörd əldəqayırma partlayıcı qurğu, eləcə də bir tona yaxın partlayıcı maddə aşkar ediblər.

Komitənin məlumatına görə, İŞİD ilə əlaqədar olan qrup bütün bunları terror aktları törətmək üçün istifadə etmək fikrində olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *