Ramil Usubovdan Bakı yol polisinə yeni rəis təyinatları » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Avto

Ramil Usubovdan Bakı yol polisinə yeni rəis təyinatları

Ramil Usubovdan Bakı yol polisinə yeni rəis təyinatları


Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən Bakıda yol polisi sistemində rəhbər vəzifələrə yeni təyinatlar olub.

AzNews.info milli.az-a istinadən xəbər verir ki, Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərhad Eyyubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölük komandiri, polis mayoru Cəmşid Hənifəyev Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi təyin edilib.

Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədov isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bölük komandiri vəzifəsinə təyin edilib.

Həmin İdarədə rəis müavini işləmiş polis polkovnik-leytenantı Qələndər Qəhrəmanov Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin olunub.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *