Ramil Usubov iki polis bölməsinə yeni rəis təyin etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Ramil Usubov iki polis bölməsinə yeni rəis təyin etdi

Ramil Usubov iki polis bölməsinə yeni rəis təyin etdi


Daxili işlər orqanlarında yeni təyinatlar həyata keçirilib.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən Bakı şəhər Baş Polis İdarəsində çalışan Nizami Novruzov tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəis müavini Elşən Tağıyev vəzifəsindən azad edilərək Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *