Ramil Usubov işdən çıxardığı rəisin qardaşına vəzifə verib
Azərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub.
AzNews.info-nun "Report"a istinadən verdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Əlyəddin Səfərov Biləsuvar rayon polis şöbəsinə (RPŞ) rəis təyin edilib.
Ə.Səfərov bu təyinata qədər Nərimanov rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. O, bundan əvvəl Xəzər RPİ və Nəsimi RPİ-lərində rəis müavini və 20-ci polis bölməsinin rəisi vəzifələrində işləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl nazir R.Usubovun əmrilə Ə.Səfərovun qardaşı polis polkovniki Səyyəddin Səfərov Zəngilan RPŞ-nin rəisi vəzifəsindən azad edilib. Onun yerinə isə Astara RPŞ-nin rəis müavini Ənvər Həsənov təyin edilib.
Mənbə:> Report.az