Ramil Usubov rəisi işdən çıxardı
Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev işdən azad edilərək sərəncama göndərilib.
Bundan başqa DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Habil Əlişanov da yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onun yerinə həmin idarənin şöbə rəisi Teymur Hacıyev təyin olunub.
Mənbə:> Virtualaz.org