Nazir yeni rəis təyin etdi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub.
Belə ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Astara rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.
Mənbə:> AzVision.az