Parisin mərkəzində atışma: Yaralılar var
Mayın 29-da səhər saatlarında Parisin mərkəzində Yelisey çölləri yaxınlığında baş verən atışma zamanı bir kişi və bir polis əməkdaşı yaralanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı Fransa hüquq-mühafizə orqanları yayıb.
“32 yaşlı kişi ağır yaralanıb və təcili olaraq Bişa-Klod Bernar adına xəstəxanaya yerləşdirilib”, - məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, “40 yaşlı polis əməkdaşı da yüngül yaralarla digər xəstəxanaya yerləşdirilib”.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Mənbə:> Oxu.Az