İrəvanda atışma
İrəvanda atışma ilə müşayiət olunan növbəti insident baş verib.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, hadisə avqustun 18-də Şiraz küçəsində 30 saylı evin yaxınlığında olub. Atışma nəticəsində 30-35 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Həkimlərin sözlərinə görə, xəsarət alan şəxs vəziyyəti ilə bağlı ifadə verə bilmir.
Hadisə yerində iki giliz aşkar olunub.
Mənbə:> Oxu.Az