İrəvanda qan töküldü
Ermənistan paytaxtı İrəvanda silahlı insident baş verib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin Nubaraşen rayonunda avtomatla silahlanmış naməlum şəxslər "Nubaraşen" həbsxanasına hücum çəkiblər.
Atışma nəticəsində 3 nəfərin öldürüldüyü bildirilir. Onlardan biri hadisə yerində, ikisi isə xəstəxanada keçinib.
İrəvan polisi hadisə yerinə gəlib. Hazırda insidentin baş vermə səbəbləri araşdırılır.
Mənbə:> ANSPRESS