Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi elan edildi
Qazaxıstanda 40 gün ərzində terror təhlükəsinin “sarı” səviyyəsi elan edildi.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Qazaxıstanın terror ilə mübarizə üzrə əməliyyat qərargahına istinadən xəbər verir.
“Yaranan vəziyyəti nəzərə alaraq, 40 sutka ərzində terror təhlükəsinin “sarı” səviyyəsi elan edilir”, - məlumatda deyilir.
DİN-də yerli sakinlərdən şübhəli əşyalara toxunmamağı, hüquq-mühafizə orqanları əməkdaşları sənədləri yoxlayarkən təşvişə düşməməyi, dövlət orqanlarının rəsmi məlumatını rəhbər tutmağı xahiş ediblər.
Daha öncə Qazaxıstan DİN Aktobedə baş verən hücumları terror aktı olduğunu bəyan edib.
Məlum hadisələrin ərəfəsində naməlum şəxslər iki silah mağazasına və hərbi hissəyə hücum ediblər.
Bir müddət sonra Aktobedə antiterror əməliyyatının gedişatında daha beş cinayətkar məhv edilib.
Mənbə:> Oxu.Az