ABŞ Türkiyədəki hərbi bazaya görə hərəkətə keçə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya, Video

ABŞ Türkiyədəki hərbi bazaya görə hərəkətə keçə bilər – VİDEO

ABŞ Türkiyədəki hərbi bazaya görə hərəkətə keçə bilər


ANS PRESS-in məlumatına görə, ABŞ İncirlik Hərbi Hava Bazasını qorumaq üçün hərəkətə keçə bilər.

“Təhlükə yarandıqda biz təhlükəsizliyin təmin olunması üzrə müvafiq tədbirlər görəcəyik”, - məlumatda deyilir.

Türkiyədə dövlət çevrilişinə cəhd olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNNTürk telekanalında telefon vasitəsilə açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan deyib ki, o Türkiyə respublikasının prezidentidir və o, xalqa müraciət edərək, küçələrə axışmağı və hərbçilərə müqavimət göstərməyi xahiş edib.O bildirib ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.

"Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhurun özünü, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik."

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *