Türkiyədə hərbi çevriliş uğursuz oldu, həbslər başladı
"Türkiyədə hərbi çevriliş planı uğursuz oldu". ANS PRESS-in məllumatına görə, bunu NTV telekanalının efirində İstanbulun qubernatoru Vasip Şahin deyib. "Artıq çevrilişin təşkilatçılarının həbslərinə başlanılıb."
Telekanalının məlumatına görə, Bursa əyalətinin jandarmeyasının rəisi saxlanılıb.
Türkiyə KİV-nin məlumatına görə, dövlət çevirilişinə cəhd edən 1 general 3 zabit və 25 əsgər hebs olunub.
Türkiyədə dövlət çevrilişi planını hazırlayan şəxsin adı açıqlanıb. ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, çevriliş planını vəzifədən kənarlaşdırılan Baş Qərargah ədliyyə müşaviri polkovnik Muharrem Köse hazırlayıb.
Hərbi mənbələrdən verilən məlumata görə, Köse ilə yanaşı çevriliş planını pokovnik Mehmet Oğuz Akkuş, Erkan Ağır, Doğan Uysal hazırlayıblar.
Mənbə:> ANS PRESS