ABŞ Azərbaycanda çevriliş hazırlamır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ Azərbaycanda çevriliş hazırlamır

ABŞ Azərbaycanda çevriliş hazırlamır


ABŞ-ın Səfirliyi Azərbaycanda çevriliş hazırlamır.

Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin bəzi KİV-də yayılmış şayiələrlə bağlı bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, səfir Robert Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Musavat partiyalarıda daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib.

“Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılıb.

Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilədə görüşlər keçirir. ABŞ-ın Səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”, - bəyanatda deyilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *