Səfirlik: ABŞ-ın Azərbaycan hökumətini devirmək istəməsi barədə iddialar əsassızdır
ABŞ səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır.
Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddiaları tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün bəyanatında deyilir.
“Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dəyanaraq, Əsrin Müqaviləsini dəstəkləmək də daxil olaraq, Azərbaycanın suverenliyinin və uğurunun təminatına fəaliyyətlər göstərmişdir.
Bizim əməkdaşlığımız zaman boyu yalnız genişlənmişdir. Amerika Azərbaycanın BMT-ın Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxta Azərbaycanla sıx şəkildə işləmişdir. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana humanitar yardım da daxil olmaqla dəyəri 1,3 millyard ABŞ dollarından artıq yardımlar göstərmişdir.
Sözügedən yardımlar müxtəlif sahələrə yönəlmişdir və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin artırılması və işlərinin səmərəsinin artırılması üçün texniki yardım, və Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verə hərbi əməkdaşlıqdır”, - bəyanatda qeyd olunub.
Səfirlik qeyd edib ki, Azərbaycana dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir.
“Dövlət Katibi Kerri Prezident Əliyevlə həm görüşlər zamanı həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Şübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin, və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir”, - bəyanatda deyilir.
Mənbə:> Oxu.Az