Sekuta Sumqayıtda olub
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Sumqayıt Texnoloji Parkında olub.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Məlumatda bildirilir ki, parkın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu haqqında məlumat almaq üçün səfir ora baş çəkib:
“Sumqayıt Texnoloji Parkında Azərbaycanda tərəqqini təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyəti müzakirə edilib”.
Mənbə:> Oxu.Az