ABŞ səfiri Azərbaycanın aviabazasında – FOTO
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin Kürdəmirdə yerləşən bazasında olub.
Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, Sekuta bazada Müdafiə Nazirliyinin pilotları və peşəkarları ilə görüşüb.
Bazanın komandiri ilə birlikdə o, uçuş simulyatorunda öz pilot bacarığını yoxlayıb və pilot kabinəsindən Su-25 qırıcı-bombardançısı barədə məlumat alıb.
Mənbə:> Oxu.Az