ABŞ səfiri Əli Əhmədovla görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ səfiri Əli Əhmədovla görüşdü

ABŞ səfiri Əli Əhmədovla görüşdü


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycanla Amerika arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkələ arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.

Tanışlıq xarakteri daşıyan görüşdə Əli Əhmədov YAP-ın ölkənin ictimai- siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

ABŞ səfirliyinin Twitter səhifəsindəı isə bildirilir ki, səfir Sekuta bu günlərdə görüşməyi planlaşdırdığı partiya liderlərindən ilk olaraq YAP-ın icra katibi Əli Əhmədovla görüşüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *