Oqtay Əsədov səfirlə görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi

Oqtay Əsədov səfirlə görüşdü

Oqtay Əsədov səfirlə görüşdü


Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, spiker qonağı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb. O, V.Lastauskas Azərbaycan-Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcəyinə inandığını vurğulayıb.

O.Əsədov bildirib ki, Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır: "Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb".

Sədr hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatların mütəmadi görüşləri və prinsipial məsələlər ətrafında fikir mübadiləsi aparılması ümumi məqsədlərə xidmət edir.

Söhbətdə spiker yüksək səviyyəli siyasi münasibətlərin iqtisadi əlaqələrin inkişafı üçün də münbit zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, energetika, turizm, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.

Səmimi qəbul üçün minnətdarlığını bildirən V.Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. O, ölkəsinin Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsinə böyük maraq göstərdiyini vurğulayıb. Bildirilib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *