İlham Əliyev baş direktoru qəbul etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi

İlham Əliyev baş direktoru qəbul etdi

İlham Əliyev baş direktoru qəbul etdi


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, D. Kiselyov Azərbaycanda rəhbərlik etdiyi qurumun fəaliyyətinə yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsilə Azərbaycanla bağlı verilən müxtəlif səpkili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanda mövcud olan rusdilli informasiya vasitələrinə və rusdilli təhsil müəssisələrinə yaradılan şəraiti də yüksək qiymətləndirib.

Prezident İ. Əliyev son illər ölkədə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini söyləyib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.

Mənbə: AzərTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *