Ərdoğan seçkidən sonra ilk açıqlamasını verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Ərdoğan seçkidən sonra ilk açıqlamasını verdi

Ərdoğan seçkidən sonra ilk açıqlamasını verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı ilk açıqlamasını verib.

ANS PRESS-in məlumatına görə, o, açıqlamasını yazılı şəkildə çatdırıb.

Dövlət başçısı yazıb: "Millətimizin iradəsi hər şeydən üstündür. Seçkidən sonra başlayan yeni müddətdə ölkəmizdəki təhlükəsizlik və sabitlik mühitinin, demokratik dəyərlərin qorunması üçün bütün siyasi partiyaların lazım olan həssaslıq göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir."

Xatırladaq ki, Böyük Millət Məclisinə iyunun 7-də keçirilən seçkilərdə iqtidarda olan Ədalət və İnkişaf Partiyası seçicilərin 40.8% səsini qazanaraq təkbaşına hökumət qurmaq hüququnu itirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *