Ərdoğan seçkilərdə məğlub oldu
Türkiyənin baş naziri Əhməd Davudoğlunun “Ədalət və İnkişaf Partiyası” parlament seçkilərinin nəticələrinə müvafiq olaraq iqtidar partiyası statusundan məhrum oldu.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
Qeyd edildiyi kimi, partiya səsvermənin nəticələrinə görə lider olub, amma parlamentdə hakimiyyəti formalaşdırmaq üçün yetərli sayda yer ala bilməyib.
99% bülletenlərə baxıldıqdan sonra ƏİP 40,94% səs və ya 550 yerlik parlamentdə 259 yer qazanıb. Parlamentdə labüd nümayəndəlik üçün sol mərkəzi Milli Respublika Partiyası – 25,10% və Milli Hərəkat Partiyası – 16,90% qazanaraq 10%-lik maneəni aşıblar. Kürdyönümlü Milli Demokratik Partiyası da 11,50% nəticə ilə parlamentə düşüb.
Artıq “Ədalət və İnkişaf Partiyası”nın ölkədə idarənin parlament idarəçiliyi formasından prezident idarəçiliyi formasına keçməsi üçün Konstitusiyaya lazımi dəyişikliklər etmək üçün labüd olan 367 yer almayacağı barədə nəticəyə gəlmək olar.
Bu dəyişikliyin edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox çalışır, müxalifət isə bunun qəti əleyhinədir.
Yeni konstitusiyanın hazırlanması bəndi ƏİP seçkiqabağı proqramına daxil edilmişdi, prezident idarəçiliyi sisteminə keçidi partiyanın lideri – baş nazir Əhməd Davudoğlu dəstəkləmişdi, amma onun mövqeyi Ərdoğanın mövqeyi qədər qəti deyildi.
Mənbə:> Oxu.Az