Ərdoğan bu nəticələrdən pərişan olacaq – FOTO
Türkiyədə keçirilən parlament seçkilərində səsvermənin nəticələri açıqlanıb.
ANS PRESS-in məlumatına görə, seçki qutularının 85 faizi açılıb.
Son nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 42,6, CHP 24,9, MHP 16,9, XDP isə 11,3 faiz səs alıb.
Bu isə o deməkdir ki, Ərdoğan parlament seçkilərində istədiyi nəticəni ala bilməyib. İlk dəfə olaraq Ərdoğanın partiyası əvvəlki seçkilərə nisbətən az toplayıb.
Qeyd edək ki, 2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.
Mənbə:> ANSPRESS