BMT Türkiyədəki hadisələri şərh etdi
Dünyanın aparıcı dövlətləri və təşkilatları Tükriyədəki hərbi çevrilişlə bağlı ard-arda açıqlamalar verilər.
Rusiya və ABŞ-ın ardından Birləşmiş Millətlər Təşkilatı da Tükiyə əhalisini, ordunu və siyasi hakimiyyəti sakitləşməyə çağırıb.
BMT-ın baş katibinin daimi nümayəndəsinin müavini Farxan Hak deyib ki, birinci katib Türkiyədəki vəziyyətin inkişafını diqqətlə izləyir.
Təşkilat dövlət çevrilişinə cəhdin detallarının araşdırılacağı barədə açıqlama yayıb.
Partlayış baş verən ərazi
Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda ölkənin rəhbəri olduğunu deyib.
Mənbə:> ANS PRESS